Apr 07 2021 16:12
Elshad Aliyev
Views: 149

“Biz bu gün Ağdama şəhərinə, işğaldan azad olunmuş ərazilərə gəldik. Bu ərazilərin doğma insanları uzun müddət idi burda olmurdu. Bilirsiniz, əlbəttə ki, bu yerlərə baxmaq çox ağrılıdır. Görünür ki, burada həyat olmayıb. Hər şey dağıdılıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Aşkenazi Yəhudi İcmasının sədri Şneor Seqal deyib.

“Bu gün burada bütün dini konfessiyaların nümayəndələri yenidən toplaşıb. Biz birlikdə dua etdik. Düşünürəm ki, Allah yuxarıdan baxır və başa düşür ki, biz bu sınağı uğurla keçdik və yenidən bu yerlərə qayıdırıq. Bu yerlərə başqa missiyalarla, düşüncələrlə qayıdırıq. Biz hər gün yəhudi duasında üç dəfə deyirik ki, “Allah bizə biz birlikdə olanda xeyir-dua ver!” Əminəm ki, biz bu gün birləşdik, Allah bunu görür və bizə bu torpaqlarda böyük xeyir-dua verəcək. Biz yaxın vaxtlarda yenidən bura qayıdanda bu ərazilərin necə inkişaf edib çiçəkləndiyinin şahidi olacağıq. Qoy, Allah bizim Prezidentimizə və bütün bu bərpa işində iştirak edən, bu yerlərə həyatı qaytaran hər kəsə qüvvət və xeyir-dua versin. Mən həlak olmuşların xatirəsi və bütün yaralıların sağalması üçün dua etmək istəyirəm”, - deyə o vurğulayıb.


Create Account



Log In Your Account