Mar 29 2017 18:14
Ulviyye Sabirqizi
Views: 1122

Azərbaycan Ukraynanın “Antonov” şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq.

CBC-nin məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.

A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.


Create Account



Log In Your Account