Apr 26 2019 15:55
Ferah Sabirqizi
Views: 198

Paytaxtımızda keçiriləcək Avropa Liqasının finalının büdcəsi təxminən 7 milyon dollardır.

"RİA Novosti"nin xəbərinə görə,  bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı jurnalistlərə açıqlamasında deyib.

"Avropa Liqasının finalına hazırlıq işlərinə gəlincə, təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbiri xərclərinə kifayət edəcək" - deyə Məmmədov bildirib.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Create Account



Log In Your Account