Jan 31 2017 16:22
Ulviyye Sabirqizi
Views: 1458

Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.

CBC xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 9-da, ikinciyarım finalı isə mayın 11-də baş tutacaq.

Azərbaycanı təmsil edən müğənni Diana Hacıyeva ilk yarımfinal mərhələsində İsveç, Çenoqoriya, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, Avstraliya və Albaniya ilə yarışacaq.

Final şousu mayın 13-də olacaq.

Qeyd edək ki, Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. “Bəri bax” musiqi kollektivində çalışıb. 2006-cı ildə

Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb.

Hazırda Bakı Caz Mərkəzində çalışır.

Diana Hacıyeva evlidir. 2009-cu ildə ailə həyatı qurub.

 


Create Account



Log In Your Account