Nov 06 2019 11:26
Elshad Aliyev
Views: 46

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, sazişi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova imzalayıblar. Sazişə əsasən hər iki qurum elektron və maliyyə xidmətləri sahəsində əməkdaşlıq edəcək.

Qeyd edək ki, imzalanma noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumu çərçivəsində baş tutub.


Create Account



Log In Your Account