Apr 02 2020 12:58
Elshad Aliyev
Views: 80

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 74,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (31 mart 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 21 mln. dollar və ya 22% azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 9 hərrac keçirilib ki, bu hərraclarda banklar 1 734,9 mlrd. dollar əldə edib.


Create Account



Log In Your Account