Feb 16 2017 16:29
Ulviyye Sabirqizi
Views: 1395

“Amerika Birləşmiş Ştatları və Rusiyanın hərbi idarələrinin baş qərargahlarının rəislərinin görüşməsi üçün Bakı müstəvisinin seçilməsi təsadüfi deyil”.

Bunu CBC-yə açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan ümumiyyətlə, tarixən ənənəvi qaydada Qərblə Şərq arasında islam və xristian dünyaları arasında həmişə etibarlı körpü rolunu oynayıb:

“Bundan başqa, Azərbaycanda artıq neçə illərdir ki, hər il ən azı 2-3 mötəbər beynəlxalq tədbir keçirilir. Azərbaycan məhz dialoq müstəvisi, dialoq meydançası kimi iştirak edir bu məsələdə. Düşünürəm ki, bu baxımdan məh hər iki dövlət tərəfinin – Moskvanın da, Vaşinqtonun da məhz Bakı meydançasına üstünlük verməsinin əsas kökündə duran məqam budur. İkinci məqam ondan ibarətdir ki, Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın lideridir və bundan başqa, məhz Cənubi Qafqazda müstəqil siyasət yürüdən dövlətlərdən biridir. Cənab prezidentin apardığı xarici siyasətin qazandırdığı dividentlər özünü göstərir. Hesab edirəm ki, bu görüşün Bakıda keçirilməsi Azərbaycanın xarici siyasətinə, regionda və beynəlxalq aləmdə nüfuzuna verilən qiymətdir”.

 


Create Account



Log In Your Account