May 14 2020 11:13
Elshad Aliyev
Views: 52

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 548 886,58 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% və ya 33 810,39 min dollar həcmində azalma müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycandan ümumilikdə 6 306 432,31 min dollar dəyərində (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb) 1 951 çeşiddə mal ixrac olunub. Beləliklə də bu ilin ilk dörd ayı ərzində ölkənin cəmi ixracının 8,7%-ni qeyri-neft sektoru əhatə edib.


Create Account



Log In Your Account