May 30 2020 12:47
Elshad Aliyev
Views: 163

Azərbaycan bu ilin yanvar-mart ayları ərzində 1,3 mln. ABŞ dolları dəyərində 426,92 ton dezinfeksiyaedici vasitələr idxal edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4 dəfə, həcm ifadəsində isə 2,8 dəfə çoxalıb.

Ölkəyə ən çox dezinfeksiyaedici vasitələr Böyük Britaniyadan və Türkiyədən idxal olunub. Bu ölkələr hesabat dövründə Azərbaycana, müvafiq olaraq 576,52 min dollar dəyərində 169,6 ton və 381,02 min dollar dəyərində 151,12 ton dezinfeksiyaedici vasitələr ixrac edib.


Create Account



Log In Your Account