May 24 2021 13:07
Elshad Aliyev
Views: 107

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 554,5 mln. kVt-saat elektrik enerjisi ixrac edib ki, bu da illik müqayisədə 53,8 mln. kVt-saat və ya 10,74% çoxdur.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Gürcüstana 499,8 kVt-saat elektrik enerjisi ixrac edilib.

Bununla yanaşı, yanvar-aprel aylarında Azərbaycan İrana 10,8 mln. kVt-saat, Türkiyəyə 12,7 mln. kVt-saat, Rusiyaya isə 31,2 mln. kVt-saat elektrik enerjisi ixrac edib.


Create Account



Log In Your Account