May 18 2020 12:52
Elshad Aliyev
Views: 38

CİES Futbol Observatoriyası böyükhesablı nəticələrlə bağlı statistik məlumatlar açıqlayıb. Apasport.az saytının məlumatına görə, hesabat 2015-2020-ci illəri özündə əks etdirib. 

150 liqa arasında ən çox belə nəticə Makauda qeydə alınıb. Oyunların 42,5 faizi üç və ya daha çox top fərqilə başa çatıb. Benin və Qambiyada bu rəqəm 2 faizdir. Azərbaycan Premyer Liqasında isə matçların 11,2 faizində darmadağın qeydə alınıb. Çempionatımız ən çox böyük hesab qeydə alınanlar arasında 100-cü, ən az qeyd alınanlar arasında 51-cidir.

5 ili yüksək dəstədə keçirən Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”dadır – 15,4 faiz. “Qəbələ” 9,3, “Zirə” 7,5, “Keşlə” 6,7, “Neftçi” 5,3, “Sumqayıt” 1,3 faiz matçlarda belə qələbə əldə edib. Dünya rekordçusu “Linkoln”da (Cəbəllütariq) bu rəqəm 49,6-ya bərabərdir. Onlarla komanda isə darmadağına həsrət qalıb.


Create Account



Log In Your Account