Apr 17 2020 16:53
Elshad Aliyev
Views: 170

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 8 696 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qazın nəqlinin 34,5% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2 997,4 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar-mart ayları ilə müqayisədə 15% artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.


Create Account



Log In Your Account