May 21 2020 15:57
Elshad Aliyev
Views: 46

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 177 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qazın nəqlinin 35,5% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3 969 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16,8%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.


Create Account



Log In Your Account