Feb 18 2020 10:27
Elshad Aliyev
Views: 65

Bu ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 163,6 mln. kubmetr qaz nəql edilibş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qazın nəqlinin 33,9% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1 071,0 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar ayı ilə müqayisədə 14,6% artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.


Create Account



Log In Your Account