Apr 22 2020 10:52
Elshad Aliyev
Views: 70

Bir neçə “OPEC+” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb. Konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir P.Şahbazov müzakirələr zamanı “OPEC+” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib.

“OPEC+” tarixi missiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC+”dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - deyə nazir bildirib.


Create Account



Log In Your Account