Sep 06 2017 11:14
Ferah Sabirqizi
Views: 44

2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunacaq. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov CBC-yə açıqlamasında belə deyib. Bildirib ki, ölkədə mövcud olan idman infrastrukturu dünya çempionatını yüksək səviyyədə keçirməyə imkan verir. Dünya çempionatına hazırlıq üçün yaxın vaxtlarda Təşkilat Komitəsi formalaşdırılacaq.

“Azərbaycan dövlətinin bu sahədə artıq böyük təcrübəsi var. İnanıram ki, cüdo üzrə dünya çempionatı da həmişə olduğu kimi yüksək səviyyədə keçiriləcək. Dünya Olimpiya Komitəsinin Azərbaycana etimadı böyükdür. Federasiya ilə birlikdə danışıqlar aparılacaq. Yəqin ki, təşkilat komitəsi yaradılacaq və bununla da hazırlıq işlərinə başlanılacaq”. 


Create Account



Log In Your Account