Oct 05 2017 10:26
Ferah Sabirqizi
Views: 545

Bu gün 2018-ci il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin Avropa zonasında 9-cu turun oyunlarına start veriləcək. C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydançasında Çexiya ilə qarşılaşacaq. Hər iki komanda oyuna ciddi hazırlaşıb. Azərbaycan komandası bu mərhələdəki son ev görüşündə qələbə qazanmaq niyyətindədir. Komandanın baş məşqçisi Robert Prosineçki belə deyir:

“Çexiya yığmasını analiz etmişik. Rəqibin futbolçuları texnikalı oyunçulardır, topla davranışları çox yaxşıdır. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Bizi güclü rəqiblə görüş gözləyir. Çexiya yığmasının heyətində güclü futbolçular çıxış edir. Onlar Avropanın müxtəlif klublarında yer alıblar. Buna baxmayaraq, hədəfimiz sonuncu ev görüşümüzü yaxşı keçirməkdir. Azarkeşləri sevindirmək istəyirik. Mən öz komandama, futbolçularıma güvənirəm”.

Çexiya komandası da oyuna yaxşı hazırlaşıb. Rəqib yığmanın baş məşqçisi Karel Yarolim oyunun onlar üçün asan olmayacağını  hesab edir. Bildirib ki, Şimali İrlandiya ilə görüşdəki məğlubiyyətdən sonra Azərbayğan millisinə qalib gəlməyə çalışacaqlar.

“Düşünürəm ki, biz oyuna yaxşı hazırlaşa bilmişik. Bu gün üzləşəcəyimiz Azərbaycan komandası haqqında məlumatlıyıq. Bilirik ki, futbolçularınız kifayət qədər yaxşı oynayırlar, müdafiədə güclüdürlər. Onu da bilirik ki, oyunda qalib gəlməyə maksimum səy göstərəcəklər. Qarşı komandanın kombinasiyalı hücumlardan istifadə etdiyini də bilirik. Rəqibin cinah oyunçuları bizə problem yarada bilərlər. Bütün gücümüzü oyunun ikinci hissəsinə yönəltmək fikrindəyik”.

Azərbaycan yığmasının üvləri azarkeşləri sevindirmək üçün bacardıqlarının edəcəklər. Komandanın kapitanı Rəşad  Sadıqov deyir ki, futbolmular oyuna çox yaxşı hazırlaşıblar. Onlar futbol ictimaiyyətini yaxşı nəticə ilə sevindirməyə çalışacaqlar. Onu da qeyd edək ki, Çexiya ilə görüş kapitan Rəşad Sadıqovun millidə son oyunu olacaq. O, artıq yığma komandadan getməyin vaxtı çatdığını hesab edir:

“İlk gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Bu, mənim üçün asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odur ki, o son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdır”.

 

Əslində, Azərbaycan və Çexiya üçün bu oyun dünya çempionatına düşmək baxımından formal xarakter daşıyır. Sadəcə Azərbaycan qrup üçüncüsü ola bilsə, öz rekordunu yeniləyəcək. Qeyd edək ki, milli komandamız son oyununu Almaniya yığmasına qarşı keçirəcək. Buna görə də, bu günkü qarşılaşma xal qazanmaq baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Çexiya qarşılaşması axşam saat 8-də Bakı Olimpi


Create Account



Log In Your Account