Mar 17 2017 10:32
Ulviyye Sabirqizi
Views: 1322

Azərbaycan "Asiyanın ürəyi - İstanbul prosesi" formatının aparıcı ölkələrindən biridir.

CBC-nin məlumatına görə, bunu Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzai Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" formatının üzv ölkələrinin yüksək səviyyəli rəsmilərinin iclasında deyib:

"Azərbaycan Əfqanıstanın yaxın tərəfdaşı kimi bu prosesi dəstəkləyir və müxtəlif sahələrdə səylərimizdə mühüm rol oynamaqda davam edir. Ümid edirəm ki, yaxın vaxtlarda Bakıda keçirilməsi planlaşdırılan formatın üzv ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş bu prosesin irəliləməsi üzrə müsbət nəticə verəcək və biz Əfqanıstanda infrastrukturun bərpası və ölkədə sülh və sabitliyin bərqərar olunması üzrə əhəmiyyətli nəticələr əldə edəcəyik".

 


Create Account



Log In Your Account