Nov 04 2019 10:46
Elshad Aliyev
Views: 23

Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında Azərbaycanı təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb. 

Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıb. Rəşid Sadıxhacıyev (80 kq) ilə Saqadulla Ağayev (92 kq) isə üçüncü yeri tutublar.


Create Account



Log In Your Account