Sep 05 2017 11:57
Ferah Sabirqizi
Views: 679

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.

Mundialda 50 kiloqram çəkidə yarışan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə güləşçimizin rəqibi Yaponiya idmançısı olacaq.

Zaur Əliyev bir ay bundan əvvəl 46 kiloqram çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb.

Turnirdə 63 kiloqram çəkidə mübarizə aparan Ruslan Hədisov ilk görüşdə iranlı güləşçiyə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçimiz bu mərhələdə qazaxıstanlı idmançı ilə üz-üzə gələcək.

Qeyd edək ki, bürünc və qızıl medal uğrunda görüşlər bu gün keçiriləcək.


Create Account



Log In Your Account