May 08 2020 15:37
Elshad Aliyev
Views: 68

Mayın 8-də Azərbaycan, Gürcüstan və Qazaxıstan iş adamları arasında “B2B Azərbaycan-Gürcüstan-Qazaxıstan onlayn forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, “Caspian European Club”un təşkilatçılığı ilə reallaşan forumda üç ölkədə fəaliyyət göstərən şirkətlərin top-menecer və təmsilçiləri, iqtisadi məsələlərə nəzarət edən beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Forumda “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev təşkilatın fəaliyyəti barədə danışıb.

Sonra hər üç ölkədən şirkətlər xüsusi təqdimatlarla çıxış edib, biznes əməkdaşlığının perspektivləri müzakirə olunub.


Create Account



Log In Your Account