Apr 13 2020 16:29
Elshad Aliyev
Views: 77

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.


Create Account



Log In Your Account