Apr 16 2020 17:57
Elshad Aliyev
Views: 145

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.


Create Account



Log In Your Account