Mar 25 2020 14:13
Elshad Aliyev
Views: 102

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 10 041,22 min ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2019-ci ilin eyni dövrü ilə müqayisədə 8 304,11 min dollar və ya 5,8 dəfə artıb.

Həmçinin, hesabat dövründə Azərbaycan 234,48 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib. Bu da illik müqayisədə 200,71 min dollar və ya 6,9 artımın olduğunu göstərir.


Create Account



Log In Your Account