Apr 27 2020 12:00
Elshad Aliyev
Views: 80

Azərbaycan bu ilin yanvar-fevral ayları ərzində 631,62 kq gümüş (qızıl və ya platinlə qalvanik örtüklü gümüş də daxil olmaqla, işlənməmiş şəkildə) ixrac edib.

APA-Economics” in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ixrac edilmiş işlənməmiş gümüşün dəyəri 362,7 min ABŞ dolları təşkil edib. Gümüş ixracının 403,71 kq və ya 232,26 min dolları yanvar ayında, 227,91 kq və ya 130,44 min dolları fevral ayında həyata keçirilib.

Qeyd edək ki, işlənməmiş gümüş  Azərbaycandan təkcə İsveçrəyə ixrac olunub. 

Rəsmi statistikaya əsasən, yanvar-fevral ayları ərzində ölkəyə İtaliyadan 2,44 min dollar dəyərində 24 kq eyniadlı mal idxal olunub.

Yanvar-fevral aylarında ölkəyə 704,88 min ABŞ dolları dəyərində 714,74 kq gümüş zərgərlik məmulatı idxal olunub. İdxal olunmuş zərgərlik gümüş məmulatlarının 448,57 kq və ya 379 min dolları yanvar, 266,17 kq və ya 325,88 min dolları fevral ayının payına düşüb.

Bu ilin ilk iki ayı ərzində idxal edilmiş zərgərlik gümüş məmulatlarının 275,19 kq və ya 250,78 min dolları Türkiyə, 244,36 kq və ya 231,47 min dolları Çindən idxal olunub.


Create Account



Log In Your Account