Jan 21 2017 15:58
Ulviyye Sabirqizi
Views: 2337

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” transfer çalışmalarını da davam etdirir.

CBC klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “qartallar”ın sırasına daha bir futbolçu qoşulub.

Bu, nigeriyalı müdafiəçi Akim Latifudur. Onunla 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Akim Latifu karyerasına Nigeriyada başlayıb. O, Norveç, Ukrayna və Türkiyədə də çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının formasını geyinib.

 


Create Account



Log In Your Account