Dec 17 2019 10:01
Elshad Aliyev
Views: 110

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 494 706,25 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% artaraq 95 497,72 min ABŞ dollar təşkil edib.

Bundan əlavə, bu ilin 11 ayında Azərbaycan 168 090,69 min dollar dəyərində 232 359,28 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da ötə ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 52,4% və 54,6% çoxdur.


Create Account



Log In Your Account