Nov 15 2018 12:42
Ferah Sabirqizi
Views: 436

İsveçrənin cənub-qərbində məşhur «Ciné 17» kinoteatrında Cinemazadeh studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının təqdimatı keçirilib. 

Təqdimatda yerli kino ulduzları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Amin, Məcid Hüseynov, aktrisa və saundtrekin ifaçısı Dilarə Kazımova, rejissor və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər. 
Bu film indiyədək  Avropada, MDB ölkələrində və Türkiyədə nümayiş etdirilib.

Filmin süjetinə görə meyvə -tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş, narkotik maddə imiş. Qiyməti milyonlarla ölçülən həmin "əmanət"in yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

İndi Cinemazadeh studiyasının növbəti layihəsi olan “Qış nağılı” filminin çəkilişləri davam etdirilir. “Qış nağılı” romantik komediyası filmdə iştirak edən ulduz və baxış sayına görə öz rekordunun vurmaq niyyətindədir.

“Qış nağılı” filmi təkcə Azərbaycanda deyil həm də Türkiyənin bütün şəhərlərində və bir çox Avropa ölkələrində nümayiş olunacaq. 

 

 


Create Account



Log In Your Account