Apr 23 2021 17:02
Elshad Aliyev
Views: 123

Böyük Britaniyanın “The Times Higher Education” nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings -2021) tərtib edib. Bu il Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilk dəfə “THE Impact Ranking” sisteminə daxil olub.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, dünya universitetlərinin fəaliyyətini BMT-nin 17 müddəadan ibarət Dayanaqlı İnkişaf Məqsədləri (SDG) üzrə ölçən bu reytinqdə AzMİU dünya universitetləri arasında 801+ yer alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universiteti (1001+) ali təhsil müəssisələri arasında qərarlaşıb.

Reytinq sisteminə 98 ölkə və regiondan 1240 universitet daxil edilib. Siyahıya İngiltərənin Mançester Universiteti rəhbərlik edir.


Create Account



Log In Your Account