Feb 18 2020 13:08
Elshad Aliyev
Views: 60

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işinə başlayan “Gulfood 2020” beynəlxalq qida sərgisinə nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycanın 20 şirkəti məhsullarını təqdim edir.

Sərgi fevralın 20-dək davam edəcək.


Create Account



Log In Your Account