Nov 06 2019 10:28
Elshad Aliyev
Views: 33

Noyabrın 5-də Çinin Şanxay şəhərində “2019 China International Import Expo” Beynəlxalq İdxal Sərgisi öz işinə başlayıb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, noyabrın 10-na qədər davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 26 Azərbaycan şirkətinin məhsulları da nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcəklər, məhsul ixracına dair müzakirələr aparacaqlar.


Create Account



Log In Your Account