Apr 16 2020 15:36
Elshad Aliyev
Views: 101

Niderlandda keçirilməsi planlaşdırılan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO2020) COVID-19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, builki olimpiadaya dünyanın 52 ölkəsindən 205 şagird qatılıb. Bu il sözügedən olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Ləman Ağazadə və XI sinif şagirdi Zəhra Bayramlı, Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı ölkəmizi təmsil edirlər. Həmin məktəblilər karantin dövründən əvvəl Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdləri arasında keçirilən seçmə imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilib.

Olimpiada aprelin 21-dək davam edəcək.

Qeyd edək ki, ölkəmiz artıq 4-cü dəfədir ki bu elm yarışında təmsil olunur. Ötən il baş tutan Avropa Qızlar Riyaziyyat Olimpiadasında komandamız bir bürünc medal əldə edib.


Create Account



Log In Your Account