Jun 10 2017 11:31
Ferah Sabirqizi
Views: 720

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Şimali İrlandiya milli komandaları qarşılaşacaqlar.

CBC xəbər verir ki, oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edəcək. Ona

həmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirəcək.

Azərbaycan-Şimali İrlandiya oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Millimizin yer aldığı “C” qrupunda Almaniya 15 xalla vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pillədə qərarlaşıb. Çexiya 8 xalla ikinci, Şimali İrlandiya 7 xalla üçüncü, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.


Create Account



Log In Your Account