Sep 02 2017 12:12
Ferah Sabirqizi
Views: 432

Futbol üzrə Azərbaycan millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Norveç yığmasının qonağı olub.

Oslodakı "Ullevaal" stadionunda keçirilən matça meydan sahibləri daha fəal başlayıblar. Görüşün 32-ci dəqiqəsində hesab açılıb. Kobud oyuna görə, Azərbaycan millisinin qapısına təyin olunmuş penalti zərbəsini Coşua Kinq dəqiq yerinə yetirib. Komandaların səylərinə baxmayaraq birinci hissəsinin sonunadək hesab dəyişməyib – 1:0.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 60-cı dəqiqəsində millimizin üzvü Rəşad Sadıqov avtoqolla yadda qalıb. Görüşün davam edən dəqiqələrində hər iki komanda hücuma keçsə də, tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, görüş Norveç millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.


Create Account



Log In Your Account