May 21 2020 12:34
Elshad Aliyev
Views: 40

Sumqayıt Texnologiyalar Parkı (STP) ilk dəfə olaraq Misirə alüminium pəstahlar ixrac edib.

STP-dən "APA-Economics"ə verilən məlumata görə, ilkin olaraq bu ölkəyə ümumi həcmi 100 ton məhsul ixrac olunub. İyun ayında isə əlavə olaraq daha 200 ton alüminium pəstah məhsulu göndərilməsi nəzərdə tutulur.

Bundan öncə alüminium pəstah və profillər Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə ixrac edilib.

Müəssisənin alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü 30 min tondur.


Create Account



Log In Your Account