Jun 07 2018 09:38
Ferah Sabirqizi
Views: 48

"Bu gün Azərbaycanda dini, milli zəmində heç bir problem, heç bir anlaşılmazlıq yoxdur. Ancaq biz istəyirik ki, dünyada da olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq. Bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib. Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən gələn sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə indiki zəmanədə".

Bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində söyləyib.

“İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır. Biz əlbəttə ki, bu sahədə gördüyümüz işləri daha yüksək qiymətləndirməliyik və elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin. Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk”, - deyə dövlətimizin başçısı qeyd edib.


Create Account



Log In Your Account