Apr 20 2020 14:04
Elshad Aliyev
Views: 96

Azərbaycan bu ilin yanvar-fevral aylarında 5,03 mln. tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 2,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 5,9% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.


Create Account



Log In Your Account