Sep 20 2017 11:23
Naile Hesenova
Views: 115

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar bahalaşaraq 49,86 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar artaraq 55,41 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 57,87 dollar təşkil edib.

 


Create Account



Log In Your Account