May 16 2020 11:45
Elshad Aliyev
Views: 327

Qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində “Azeri Light” markalı xam neftin bir barrelinin dünya bazarlarında satış qiyməti 2019-cu ilə orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb və 2018-ci ilənisbətən 8,5 faiz az olmasına baxmayaraq, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə11,5 faiz çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir.

Qeyd edək ki, hazırda “Azeri Light”ın bir barreli 32,77 dollara satılır. Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.


Create Account



Log In Your Account