May 20 2021 16:57
Elshad Aliyev
Views: 105

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlər uğurla başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 20-də komandir və rəis heyətinin iştirakı ilə təlimin yekunu ilə bağlı müşavirə keçirilib. Müşavirədə qoşunların, qərargahların təlimlərdə fəaliyyəti təhlil edilib və qarşıya qoyulan tapşırıqların icrası qiymətləndirilib.

 


Create Account



Log In Your Account