May 02 2020 13:12
Elshad Aliyev
Views: 60

Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında koronavirus infeksiyasına yoluxma olmayıb. AZƏRTAC xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 2-də Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vaxtında və effektiv verilən göstərişlər sayəsində koronavirus infeksiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısı alınıb: “Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında bu infeksiyaya yoluxma halları qeydə alınmayıb.


Create Account



Log In Your Account