Feb 18 2017 14:00
Ulviyye Sabirqizi
Views: 1210

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının baş naziri Binəli Yıldırımın fevralın 18-də Münxendə görüşü olub.

CBC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Türkiyənin baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb

 


Create Account



Log In Your Account