Feb 01 2017 13:07
Ulviyye Sabirqizi
Views: 1748

“Azərbaycan Lapşin adlı bloggerin ölkəyə ekstradisiyası haqqında məsələ qaldırıb. Belarus məhkəməsi də bununla bağlı müvafiq qərar verib. Bu qərar Azərbaycan sərhədlərini pozaraq Dağlıq Qarabağa getməyin hüquqi nəticələr doğurduğu barədə xarici dövlətlərin vətəndaşlarına bir xəbərdarlıqdır”.

CBC-nin məlumatına görə, bu sözləri Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarının səfərini təşkil etməlidir:

“Ermənilər onları təmas xəttindən Qarabağa buraxmayanda o insanlar məhz Ermənistandan narazı qalacaq”.
 
 


Create Account



Log In Your Account