Nov 27 2019 12:33
Elshad Aliyev
Views: 349

Qaz İxrac Edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) V Sammitində Azərbaycanı Energetika naziri təmsil edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun tədbirlərində iştirak etmək məqsədilə Ekvatorial Qvineyaya səfər edib. Noyabrın 28-29-da Ekvatorial Qvineyanın paytaxtı Malaboda Qaz İxrac Edən Ölkələr Forumunun nazirlər görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.

Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.

 


Create Account



Log In Your Account