Jun 07 2021 17:56
Elshad Aliyev
Views: 121

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən verdiyi məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 mln. dollar və ya 25,4% artıb.

2021-ci ilin yanvar-may ərzində meyvə-tərəvəz ixracı 206,1 mln. dollar, pambıq lifi ixracı 109,3 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 mln. dollar, pambıq ipliyi ixracı 17,8 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 19,2 mln. dollar, şəkər ixracı 16,3 mln. dollar, bitki heyvan mənşəli piylər və yağlar ixracı 13,8 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 5,8 mln. dollar və çay ixracı 3,7 mln. dollar təşkil edib.

Bu ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac 210,5 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22% və ya 38 mln. dollar daha çoxdur. Habelə 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 mln. dollar təşkil edib.

"2021-ci ilin may ayında yeyinti məhsullarının ixracında azalma müşahidə edilsə də, qeyri-yeyinti məhsullarının ixracında ötən ilin eyni ayı ilə müqayisədə 55,8% artım müşahidə edilib. Qeyri-yeyinti məhsullarının may ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr gübrə, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər, pambıq, qara metallar, qurğuşun və alüminium və onlardan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa və onların hissələri və ləvazimatları və s. təşkil etmişdir. May ayı etibarı ilə yeyinti məhsullarında azalmanın əsas səbəbi kimi meyvə-tərəvəz məhsullarının ixracının azalması ilə əlaqədardır", - İİTKM-dən bildirilib.


Create Account



Log In Your Account