Mar 31 2020 13:25
Elshad Aliyev
Views: 62

Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 milyon barrel azaldılması ilə bağlı 2019-cu il dekabrın 6-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır. Azərbaycan bu müddət ərzində “Əməkdaşlıq Bəyannaməsi” üzrə 27 min barrel həcmində öhdəliyini tam yerinə yetirib. Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı təxminən 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.

Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə “OPEC+” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan “OPEC+” formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək.


Create Account



Log In Your Account