Jan 30 2017 12:59
Ulviyye Sabirqizi
Views: 1940

Azərbaycan şirkətləri Serbiyada fəaliyyət göstərən müəssisələrin özəlləşdirilməsində maraqlıdır.

CBC xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin energetika naziri Aleksandr Antiçlə görüşü zamanı bildirib.

"Prioritet sahə kimi neft-kimya sektoru götürülüb" - deyə, səfir qeyd edib.

Diplomat həmçinin A. Antiçə Azərbaycanın energetika naziri Natiq Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasında iştirak üçün dəvətini çatdırıb.

E. Həsənov nazirə TANAP və TAP layihələrinin gedişatı barədə məlumat verib.

Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

A. Antiç iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Eyni zamanda, nazir son zamanlar Azərbaycan tərəfindən Serbiya iqtisadiyyatına yatırılan investisiyaların həcminin artdığını qeyd edib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası Bakıda bu il fevralın 23-ə təyin edilib.

 

"AZƏRBAYCAN SERBİYADAKI MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRİLMƏSİNDƏ MARAQLIDIR"
Bunu Azərbaycanın Serbiyadakı səfiri bildirib
Azərbaycan şirkətləri Serbiyada fəaliyyət göstərən müəssisələrin özəlləşdirilməsində maraqlıdır.
CBC xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin energetika naziri Aleksandr Antiçlə görüşü zamanı bildirib.
"Prioritet sahə kimi neft-kimya sektoru götürülüb" - deyə, səfir qeyd edib.
Diplomat həmçinin A. Antiçə Azərbaycanın energetika naziri Natiq Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasında iştirak üçün dəvətini çatdırıb.
E. Həsənov nazirə TANAP və TAP layihələrinin gedişatı barədə məlumat verib.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
A. Antiç iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Eyni zamanda, nazir son zamanlar Azərbaycan tərəfindən Serbiya iqtisadiyyatına yatırılan investisiyaların həcminin artdığını qeyd edib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası Bakıda bu il fevralın 23-ə təyin edilib.

 


Create Account



Log In Your Account