Apr 29 2020 17:57
Elshad Aliyev
Views: 147

Cari ilin yanvar-mart aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Əfqanıstan qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 350,6 milyon dollar, Tunisə 119 milyon dollar, Əfqanıstana isə 12,1 milyon dollar təşkil edib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən Tunisə ixracın dəyərində artım, Türkiyə və Əfqanıstana isə azalma müşahidə olunub.


Create Account



Log In Your Account