Mar 04 2020 17:09
Elshad Aliyev
Views: 87

Məlum olduğu kimi koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Azərbaycan Tibb Universitetində (ATU) də hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin 5 tədris binası, 4 tədris klinikası, 4 tələbə yataqxanası, 1 inzibati binası, idman kompleksi və Elmi-Tədqiqat Mərkəzi ikinci dəfə dezinfeksiya olunub, virus əleyhinə dərman səpilib.

Xatırladaq ki, ATU-da koronavirusa qarşı ilk dezinfeksiya işləri hələ xəstəlik haqqında ilkin xəbərlər yayılmağa başlayanda aparılıb. Ümumiyyətlə, hər tədris ilinin əvvəlində universitetin bütün tədris korpusları və klinikaları virus əleyhinə dezinfeksiya olunur.


Create Account



Log In Your Account