Jan 22 2021 15:57
Elshad Aliyev
Views: 69

Gürcüstan 2020-ci ildə 128,7 min ton neft bitumu idxal edib. Bu da 2019-cu illə müqayisədə 41,3 min ton və ya 24,3 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən məlumat verilib.

Bildirilib ki, ötən il Gürcüstan Azərbaycandan 82,1 min ton neft bitumu idxal edib. Bu da ümumi idxalın 63,8 faizini təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub.

Keçən il Gürcüstan İraqdan 26,6 min ton, İrandan 9,1 min ton, Rusiyadan 7,2 min ton, Türkiyədən 2,4 min ton neft bitumu idxal edib. Qalan həcm isə digər ölkələrdən alınıb.


Create Account



Log In Your Account